Babildəki iki mələk ilə bağlı sahabə zamanında yaşanan ürküdücü bir hadisə!

İmam Əbu Cəfər Təbəri deyir ki; Rəbi b. Süleyman bizə möminlərin anası Aişə radiyallahu anhadan nəql etdi ki, o belə deyib;
Rasulullah səllallahu aleyhi va səlləm hələ yeni vəfat etdiyi vaxtlar idi. Dəvmətul Cəndəl xalqından bir qadın mənim yanıma gəldi və Rasulullah səllallahu aleyhi va səlləmə bir şey deməliyəm, dedi. Ona sehr edildiyini, ancaq o buna uymadığını açıqladı. Aişə radiyallahu anh Urvəyə dedi ki;“Ey bacımın oğlu, o Rasulullah səllallahu aleyhi va səlləmin həyatda olmadığını öyrəndikdə ağladığını gördüm, qadın ağlayırdı. Nəhayət ona acıdım, qadın dedi ki;

“Mən məhv olmaqdan qorxuram! Mənim ərim bir müddət əvvəl məndən ayrıldı. Bu vaxtlarda yaşlı bir qadın yanıma gəldi, mən də halımdan ona bəhs edib, dərdimi danışdım. Yaşlı qadın dedi ki, " əgər mənim dediklərimi etsən, ərin geri qayıdacaq. " Axşam olunca iki qara itlə yanıma qayıtdı. İtlərdən birinə mən, digərinə o mindi. Sanki heç bir (qeyri adi) şey olmamışdı. Nəhayət Babilə gəldik çatdıq, orada ayaqlarından asılmış iki nəfər var idi. Onlar;“Niyə gəlmisiniz?” dedilər. Mən;“Sehr etməyi bilirsiniz?” dedim. Onlar; “Biz sadəcə bir fitnəyik, əsla küfr etmə, dön, geri qayıt.” dedilər, mən dönmək istəməyərək; “Xeyr! Getməyəcəm.” dedim. Onlar;"O zaman get filan təndirə idrarını et.” dedilər. Mən söylənilən yerə getdim, ancaq qorxudan idrarımı etmədim. Onlar;“Etdinmi?” dediklərində; “Bəli” dedim. “Bir şey gördünmü?” dediklərində, “heçnə görmədim” dedim. O iki nəfər: “Elə isə etməmisən. Qayıt vətəninə, əsla küfr etmə” dedilər. Mən getməkdən çəkindim. Onlar;“Elə isə filan təndirə idrarını et” dedilər. Mən oraya getdim və titrəyərək onların yanına qayıtdım və “etdim” dedim. Onlar;“Nə gördün?” dedilər. Mən ;“Heçnə görmədim” dedim. Onlar:“Yalan deyirsən (idrarını) etməmisən. Qayıt vətəninə, əsla küfretmə! Öz işinlə məşğul ol.” dedilər. Mən olduğum yerdə inad edərək qaldım. Getmədim. O ikisi;“Elə isə get o təndirə idrar et.” dedilər. Getdim və idrarımı etdim və o anda məndən dəmirdən zirhlərə bürünmüş biri çıxdı. Göyə doğru getdi və görə bilməyəcəyim şəkildə yoxa çıxdı. Bunun üzərinə o iki nəfərin yanına qayıdaraq; "Etdim" dedim. Onlar;“Nə gördün?” dediklərində, gördüklərimi danışdım. Onlar;“İndi doğru dedin, səndən çıxan o şey imanın idi, indi isə çıx get!” dedilər. Mən, yanımda gələn o qadına dedim ki; “Vallahi mən heçnə anlamadım, bu ikisi mənə heçnə demədilər. ” Qadın“Hə, artıq nə istəsən olacaq, indi bu buğdanı al və ək” dedi. Mən də əkdim, "ol" dedim, buğda oldu, yaşıllan dedim, buğda yaşıllandı, “Quru” dedim, qurudu. " Üyüdül " dedim, üyüdüldü. “Çörək ol” dedim, çörək oldu. Nə istəyirəmsə hər şeyin ovcumun içində olduğunu görüncə Allaha and olsun ki peşman oldum və heç bir şey etməməyə başladım, qətiyyən bir daha da etməyəcəm, ey möminlərin anası!" dedi.Bu hadisəni İbn Əbi Hatim, Rəbi b. Süleymandan yuxarıdakı kimi nəql etdikdən sonra əlavə etdi; Mən Rasulullah səllallahu aleyhi va səlləmin əshabına bu məsələni soruşdum, onlar həmin ərəfədə çox idilər, nə deyəcəklərini bilmədilər, hamısı narahat idilər və bilmədikləri mövzularda fətva verməkdən qorxdular. Təkcə İbn Abbas və yaxud onun yanında olanlardan birinin Aişə radiyallahu anhaya; “Kaşki ataların sağ olaydı ya da biri sağ olaydı.” cavabını vermişdi.
-İbn Kəsir, Təfsir (Bəqərə 102'nin təfsiri)

Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri