Kayıtlar

2020 tarihine ait yayınlar gösteriliyor

Ud hindinin faydaları

Resim
«Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur». Rəhimli və Mərhəmətli Allahın adı ilə Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra: İnsanı yaradan Allah bilirdi ki, insanda nəfs və tamahkarlıq  mal-dövlətə düşgünlük, tənbəllik, tələsmək, pis zənnə qapanmaq, ancaq gördüyünü iqrar edib, görmədiyini inkar etmək kimi xüsusiyyətlər var. İnsanı yaradan Allah bilirdi ki, insan güləcək, həyəcanlanacaq, qorxacaq, ağlayacaq, sevinəcək, xəstələnəcək və s hallarla qarşılaşacaq. Və bu həyatda, bu amilləri doğru düzgün yönləndirmək və bu problemləri doğru düzgün həll etmək üçün, həm Allahın, həm insanların, həm də öz sağlamlığının qarşısında öz insani vəzifəsini yerinə yetirməsi üçün Allahın dininə əməl olunması zəruridir. Bu qısa risaləmiz isə müsəlmanın öz sağlamlığını qoruması üçün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tövsiyə etdiyi şəfa qaynaqlarından biri s...

Alma sirkəsinin faydaları

Resim
Alma sirkəsindən əsrlər boyu müalicə məqsədilə istifadə edilmişdir. Çünki alma sirkəsi tərkibində alma turşusu olan bir şəfa qaynağıdır. Alma sirkəsinin şəfa qaynağı olmasının səbəbi tərkibində çoxlu C vitaminin, kalsiumun, kaliumun və müxtəlif faydalı kimyəvi birləşmələrin olmasıdır. Tərkibində olan maddələr alma sirkəsinin aşağıdakı xüsusiyyətlərə malik olmasına səbəb olur: * qanı duruldur * qızdırmanı aşağı salır * sinir sistemini sakitləşdirir. Ruqye Sunnedir saytı immunitet.az-a istinadən bildirir ki, alma sirkəsinin maddələr mübadiləsini sürətləndirmək və bir çox xəstəliklərin baş vermə riskinin azltmaq qabiliyyəti vardır. Alma sirkəsi tərkibində olan vitaminlər sayəsində orqanizmin müqavimətini artırır, tərkibində olan kalsium sayəsində sümükləri möhkəmləndirir. Alma sikəsi bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla, həzmi sürətləndirir, ishalı müalicə edir. Həzmi sürətlənd...

Zeytun yağının faydaları

Resim
Zeytun yağı tərkibində yüksək miqdarda yağ turşuları və yağın miqdarı çox olan zeytun ağacının meyvəsindən alınır. Zeytun yağının rəngi tünd sarı rəngdən yaşıl-sarı rəngə qədər ola bilir. Bu zeytunun yetişdiyi bölgədən asılı olaraq dəyişir. Zeytun İtaliya, İspaniya və Yunanıstanın milli qida məhsullarındandır. Onun sərt dadı və bir-neçə rəngli növü var. Necə seçməli? Ruqye Sunnedir saytı immunitet.az-a istinadən bildirir ki, zeytun yağı alarkən onun salatlar və ya qida üçün alındığını nəzərə almaq lazımdır. Zeytun konservləşdirilimş, rafinə edilmiş və rafinə edilməmiş formalarda satılır. Zeytun müxtəlif rənglərdə olması onun yetişdiyi ərazidən və növündən asılı olaraq dəyişir. Zeytunun keyfiyyəti isə onun yetişdirilməsi zamanı istifadə edilən kimyəvi gübrələrdən və ya zeytunun növündən asılı olur. Keyfiyyətli zeytunun tünd dadı və xüsusi ətri olur. Ondan alınan yağın rəngi isə növündən asılı olaraq fərqli olur. Necə saxlamalı? Zeytun yağını otaq temperaturunda və günəş şüalarından uzaq...

Yer fındığı yağının faydaları

Resim
Araxis yağı olaraq da bilinən yer fındığı yağı, yer fındığından əldə edilən bitki yağıdır. Yağın güclü bir fıstıq dadı və ətri var. Yer fındığı, protein və mineral baxımından zəngin bir qida olmaqla yanaşı yemək bişirmək üçün tələbat olunan bir yağdır. Yer fındığı yağı, xüsusilə çox qızğın yağlı qızartmalarda istifadə olunur. 229.4 ° C lik dumanlanma nöqtəsinə (artıq isinmə səbəbiylə yağların tərkibindəki pozulma nəticəsində tüstü çıxardıqları isinmə dərəcəsi) sahib olduğu üçün yer fındığı yağı qızartmalar üçün məntiqli bir tərcihdir. Yer fındığı yağı əsasən səkkiz yağ turşusunun trigliseritlərindən əmələ gəlir. Bu yağ turşularının təxminən 80 % i ya oleik turşu (yarım doymamış), ya da linoleik turşudur (tam doymamış) İmmun sistemini gücləndirir. Bədənin müqavimətini artırır. Xərçəngin qarşısını alır. Qan şəkərini tənzimləyir. Həzmi asanlaşdırır. Uşaqların zəka və sümük inkişafında təsirlidir. Qəlb xəstəliyi üçün faydalı bir qida maddəsidir. Yüksək dərəcəli istiyə davamlıdır. Qanda yax...

Kokos yağının faydaları

Resim
Kokos yağı kokos meyvəsinin lətli hissəsindən əldə edilir. Kakos yağını əldə etmək üçün onun qabığını soyub, lətli hissəsinin qurutduqdan sonra soyuq üsulla sıxırlar. Kokos yağının yüngül qoz yağı ətrinə bənzəyən qoxusu olur. Ondan kosmetik və müalicəvi məqsədlərlə istifadə edilir.  Dünyada Tayland, Malaziya və Şri Lanka kokos yağı istehsalı ilə məşğul olur. Kokos yağının 83%-i doymamış yağ turşularından ibarətdir. Bu yağ turşularına laurin, kapron, kapril, olein, kaprin, palmit, miristin, stearin və s. aiddir. Adları çəkilən yağ turşularının heç biri orqanizm üçün zərərli deyil və onlar heyvani məhsullarda olan doymamış yağ turşularından fərqlənirlər. Kokos yağının tərkibində fitonsidlər, xolin, K və E vitaminləri, minerallar, sink, kalsium, dəmir və s. mövcuddur. Müalicəvi və faydalı xüsusiyyətləri Ruqye Sunnedir saytı immunitet.az-a istinadən bildirir ki, kokos yağının tərkibində olan laurin turşusu güclü komponent olub ən çox ana südünün tərkibində olur. Laurin uşağın immunitetini ...

Qoz yağının faydaları

Resim
Qoz qədim zamanlardan intellektin və müdrikliyin meyvəsi hesab edilib. Qədim zamanlarda İran alimləri qozu insan beyninə bənzətmiş və ondan alınan yağın insan zəkasına və ağlına təsir etdiyini söyləmişlər. İllər keçdikcə isə bu söz öz təsdiqini tapmış və mübahisə doğurmamışdır. Soyuq sıxılma üsulu ilə əldə edilmiş qoz yağı kəhraba rəngində, özünəməxsus orjinal qoxuya sahib olur. Onun digər yağlarla qarışımına yol vermək məsləhət deyil. Belə ki, bu zaman qoz yağının ətri öz əvəzolunmaz qoxusu ilə digər yağların ətrini üstələyir. Necə seçməli? Ruqye Sunnedir saytı İmmunitet.az-a istinadən bildirir ki, soyuq üsulla sıxılmış qoz yağı almaq lazımdır. Necə saxlamalı? Qoz yağından bir dəfə isitifadə etdikdən sonra şüşənin ağzını kip bağlayıb, soyuducunun aşağı hissəsində saxlamaq lazımdır. Qoz yağından bir çox salatların dadlandırılmasında istifadə edilir. Onu təzə tərəvəzlərin üstünə tökərək də yemək olur. Ondan bayram süfrələrində ətlərin dadlı olması üçün istifadə olunur. Bəzi tortların, p...

Fındıq yağının faydaları

Resim
Fındıq yağından ötən əsrin 70-ci illərindən istifadə edilməyə başlanılıb. Fındıq yağı ilk dəfə həmin illərdə istehsal olunmağa başlanılıb. Bu yağın eksportu ilə əsasən Fransa, İtaliya və Türkiyə məşğul olur. Fındıq yağı badam yağı qədər orqanizmə faydalıdır. Soyuq sıxma üsulu ilə əldə edilmiş fındıq yağı kəhrəba rəngində və xüsusi qoxuya malik olur. Onun tərkibi E, B, PP və C vitamini ilə zəngindir. Bu vitaminlərin qarışımı orqanizmə enerji verir. O orqanizmi tonuslandırır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Necə seçməli? Ruqye Sunnedir saytı immunitet.az-a istinadən bildirir ki, alan zaman fındıq yağının rənginə diqqət yetirmək lazımdır. Onun rəngi şəffaf olmalı və qoxusu insana xoş təsir bağışlamalıdır. Rənginin bulanıq olması onun keyfiyyətsiz olmasının göstəricisiddir. Onu 12 ay müddətində soyuq və qaranlıq yerdə saxlamaq mümkündür. Fındıq yağının gözəl dadı və xüsusi qoxusu olduğu üçün ondan salatların və bəzi qidaların dadlandırılması üçün istifadə edilir. Qoz və badam yağ...

Kətan yağının faydaları

Resim
Kətan yağı sağlamlıq üçün ən vacib sayılan yağlardandır. Davamlı olaraq kətan yağından istifadə eləmək orqanizmdə olan bütün orqanların işini normallaşdırır və bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Kətan toxumlarından alınan yağın müalicəvi xüsusiyyətlərindən qədim zamanlardan istifadə edilir. Qədim tibbdə ondan yaraların və parezlərin sağalması, ağrıların aradan qalxması üçün istifadə edilib. Ən keyfiyyətli kətan yağı soyuq sıxılma üsulu ilə əldə edilən yağdır. Bu yağın tərkibi doymamış yağ turşuları ilə zəngindir. Ruqye Sunnedir saytı immunitet.az-a istinadən bildirir ki, kətan yağının rəngi onun təmizlənməsindən asılı olaraq qızılı sarı rəngdən qəhvəyi rəngə qədər ola bilir. Kətan yağının tərkibi F, E, B, A, K vitaminləri, yarım doymamış yağ turşuları, doymamış turşularla zəngindir. Kətan yağının tərkibi Omeqa3, Omeqa6 yağları ilə zəngindir. Bu yağlar orqanizm üçün çox faydalıdır və orqanizm onu istehsal edə bilmir. Kətan yağının tərkibində olan Omeqa3 yağının miqda...

Qara zirə yağının faydaları

Resim
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Qara zirəni daima qəbul edin, çünki onda, ölümdən başqa, bütün xəstəliklərin müalicəsi vardır” (Bu hədisi öz kitablarında eyni zamanda Tirmizi, Əhməd və İbn Hibban da vermişdir. əl-Buxari və İbn Macə bu hədisi Aişədən (A.o.r.) edilən rəvayətdən götürmüşlər.) ● Qara zirə ikiillik bitki olub çətirkimilər fəsiləsinə aiddir. Onun boyu bir metrə qədər qalxa bilir. Qara zirə möhkəm kök və gövdə sisteminə malikdir. Onun budaqlarının üstündə yarpaqlar sıra ilə düzülmüş şəkildə olur. Yarpaqlar yaşıl rəngdə olaraq, yuxarıya doğru getdikdə kiçilməyə başlayır. Onun hər budağının başında bir çiçək əmələ gəlir. Qara zirənin çiçəkləri kiçik ölçüdə və 5 ləçəkdən ibarət olur. Qara zirənin ədviyyat vasitəsi kimi qara rəngli toxumlarından istifadə edilir. Onun toxumları ikitərəfli toxum kisəsinin içərisində yerləşir. Qara zirə yay aylarının əvvəllərində və ya ortalarında çiçək açır və yayın sonlarında toxumlayır. Ruqye Sunnedir say...

Balqabaq yağının faydaları

Resim
Tərkibinin qida dəyəri yüksək olduğu üçün balqabaq qədim zamanlardan qida vasitəsi kimi istifadə edilir. Balqabaq dietik və müalicəvi qidalardan hesab edilir. Onu istənilən yaş qurupunda olan adamlara vermək mümkündür. Balqabaqdan müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Əsrlər boyu balqabağın tumundan da müalicə vasitəsi kimi istifadə edilib.

Küncüt yağının faydaları

Resim
Küncüt toxumlarından qədim zamanlardan istifadə edilib. İndi də bir çox ölkələrdə küncütdən ədviyyat vasitəsi kimi istifadə olunur. Onun faydaları barədə İbn Sinanın əlyazmalarında da qeydlərə rast gəlinir. Qədim Misirdə küncüt yağından müxtəlif müalicəvi məqsədlərlə isstifadə edilir. Küncüt yağının ikinci adı "susam yağı"dır. Bu yağın özünəməxsus faydalı tərkibi onun müalicə və kosmetologiya sahəsində də faydalı olduğunu sübut edir.