Ud hindinin faydaları

«Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur».


Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:
İnsanı yaradan Allah bilirdi ki, insanda nəfs və tamahkarlıq  mal-dövlətə düşgünlük, tənbəllik, tələsmək, pis zənnə qapanmaq, ancaq gördüyünü iqrar edib, görmədiyini inkar etmək kimi xüsusiyyətlər var. İnsanı yaradan Allah bilirdi ki, insan güləcək, həyəcanlanacaq, qorxacaq, ağlayacaq, sevinəcək, xəstələnəcək və s hallarla qarşılaşacaq.
Və bu həyatda, bu amilləri doğru düzgün yönləndirmək və bu problemləri doğru düzgün həll etmək üçün, həm Allahın, həm insanların, həm də öz sağlamlığının qarşısında öz insani vəzifəsini yerinə yetirməsi üçün Allahın dininə əməl olunması zəruridir.
Bu qısa risaləmiz isə müsəlmanın öz sağlamlığını qoruması üçün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tövsiyə etdiyi şəfa qaynaqlarından biri sayılan «Ud hindi» haqqında olacaqdır.
Allahın yaratdığı bir çox tərəvəzlər, meyvələr kimi ud hindinin də dünyanın müxtəlif yerlərində yetişən bir çox növü mövcuddur. Bioloqlar ud hindinin 20 yə yaxın növünün olduğunu bildirmişlər. Bu növlərdən yalnız biri okeanda digər qisimləri isə quruda yetişir. 
Okeanda yetişən qisminin rəngi ağ, iyi və acılığı qurudakına nisbətən daha yüngül olur. İnsanlar arasında «Qıstıl bəhri» adı ilə məşhurdur. 



Qurudakı qismi isə ən çox Hindistanda, Afrikada və Amerikanın bəzi ştatlarında mövcuddur. Ən çox yayılmış olan yeri isə Hindistanın Himalay dağlarıdır. Bu ağacın boyu təxminən 2 metrdən çox olmur. Kökü, zoğu və budaqlarından da şəfa üçün istifadə olunur. Ən məşhur olan növü də Hindistanda yetişənidir. Hədislərdə də hind budağı adı ilə keçməkdədir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur : «Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur». (Buxari «Tibb kitabı»), (Muslim)
Müasir həkimlər, qan aldırmaqla, ud hindidən istifadə etməyin, bir hədisdə cəm olunmasının hikmətini belə açıqlamışlar. Qan aldırmadan əvvəl və ya sonra ud hindindən istifadə etmək, kəsik dərin deyilsə, dəridə iz  buraxmır.
Başqa bir hədisdə: «Çənə altı vəzilərdən xilas olmaq üçün basaraq uşaqlarınıza əziyyət verməyin. Ud hindidən istifadə edin». (Buxari «Tibb kitabı»)
Çənə altı vəzilər (qlandalar) şişərkən onları sıxmaqla müalicə emək 14 əsr keçməyinə baxmayaraq el arasında, türkəçarə müalicə üslubu kimi, geniş yayılmağında davam edir. Bu hədisdə isə bu müalicə üslubu qadağan edilmişdir. Bu üslub xəstəyə əziyyət verməklə yanaşı, çənə altı vəzilərdəki iltihabın daha da geniş yayılmasına səbəb olur.
 Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «UD HİNDİ-dən istifadə edin, ondan şəfa üçün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir və ağız vasitəsi ilə qədul olunur».(Buxari, Muslim)
Şəkk yoxdur ki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) UD HİNDİ- nin mahiyyətini digər hədislərdə olduğu kimi burada da qısa, çoxmənalı və hikmətli şəkildə bəyan etmişdir. (yeddi yolla)




İstifadə olunma qaydaları:

UD HİNDİ bitkisi öz tərkibində  HİLİNİN və BİNZOLAT turşusu  kimi güclü mikrob öldürən iki maddəni və bir çox başqa faydalı maddələri cəm etdiyi üçün içilərək istifadə olunduğu zaman şəkərlə qarışdırılmaması tövsiyə olunur
Ibn Həcər «Fəthul bari» kitabında yeddi yolu belə izah edir: "Hədisdə yeddi yol zikr edildiyi halda iki yolun ərz olunmasının hikməti qalan yeddi yolun bu iki yoldan şaxələnməsi ola bilər.
Hədisdəki yeddi yol ifadəsini Peyğəmbər (Allahın ona salavat və salamı olsun) 2 yolla qısaltmışdır. Yəni, o yeddi yol, bu iki yolda cəm olur. Sonra isə bu açıqlamanı vermişdir;
Su ilə qarışdırılıb (dəmlənilib) içilir.
Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur.
Burun vastəsilə qəbul olunur, (müasir tibb elmi zeytun yağı ilə qarışdırılmış, yaxud da dəmlənmiş halda buruna damcılandırılması fərziyyəsini irəli sürür.)
Dəri xəstəlikləri üçün: zeytun yağında 15 gün saxladılıb dəriyə sürtülür.
Balla qarışdırılıb dəriyə sürtülür.
Su ilə qarışdırılıb çimilir.
UD HİNDİ- nin üyüdülmüş formasını bir çay qaşığı miqdarında bir stəkan suya qarışdırıb və ya dəmlənərək içilir.
Bu ən geniş və ən faydalı yayılmış istifadə üslubudur ki, bu yolla bir çox xəstəliklərin müalicəsinə faydalı olur.
Müasir tibb elmi isə bu yolların aşağıdakı xəstəliklərə faydalı olduğunu qeyd etmişdir.
Laxtalanmanın qarşısını alır
Hormon pozuntularını tənzimləyir
Heyz pozuntuları
Ümumi qadın xəstəlikləri
Sidik kisəsi
Böyrək xəstəlikləri və daşların əridilməsi
Öd kisəsi və daşları
Qara ciyərlə əlaqəli bütün xəstəliklər
Ağ ciyər xəstəliklərinin, şişmənin və su yığılmasının və s xəstəliklərin qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır
Həzm prosesini yaxşılaşdırır və maneələri aradan qaldırır
Mədə xəstəlikləri və qurdları
Bağırsaq xəstəlikləri və qurdları
Zəhərlənmənin qarşısını alır
Köplərin qarşısını alır
Bütün bədəndəki xoş və bəd xassəli şişlərin əridilməsinə çox böyük və müsbət təsir göstərir
Qəbizlik və ishalı tənzimləyir
Qızdırmanı sabitləşdirir
İmmuniteti gücləndirir
Cinsi fəaliyəti gücləndirir 
İştahı açır
Əsəbləri sakitləşdirir
Sehrin batil olması üçün də istifadə olunur


Necə istifadə etməli?

Ağız boşluğundakı dil və boğaz xəstəlikləri üçün gündə iki dəfə səhər və axşam qar-qara edilir.
Damağ xəstəlikləri üçün səhər-axşam gündə iki dəfə nəmləndirərək damağa yapışdırılır 10-15 dəqiqə müddətində saxlanılır
Hədisdə keçən “yuləddu bihi zəti cənbin” ifadəsi, ağızın sağ və ya sol boşluğu nahiyəsinə qoyularaq qəbul olunmasını bildirir (buna əsasən müasir həkimlər uşaqlara içirdilən dərmanların boğazın sağ və ya sol nahiyəsinə tökülməsini tövsiyə edirlər)
Zob xəstəliyi üçün boğazın sağ və sol diblərinə və yaxud dilin altına qoyularaq sovrulur.
Göz xəstəlikləri, mirvari suyu və gözə gələn pərdələr və s. xəstəliklərin müalicəsi üçün həm dəmlənib içilir, həm də dəmləməsi ilə səhər-axşam gözlər yuyulur və yaxud 3-4 damcı gözə tökülür.
UD HİNDİ üyüdülmüş halda buruna çəkilir (müasir həkimlər zeytun yağı ilə qarışdırılmış və ya dəmlənmiş halını burun damcısı şəklində qəbul olunmasını demişlər)
Bu yolla da ümumi tənəffüs yolları
Bronxlar
Ağ ciyərdəki iltihabların soyuq dəymənin su yığılmanın, vərəmin
Çənə altı vəzilərin və boğaz iltihablarının
Faranqitin qarşısını almaqda böyük təsir göstərir
Astmanın müalicəsində
Göy öskürəyin kəsilməsi və qızdırmanın endirilməsində də bu yoldan istifadə olunur
Həmçinin, 500 ml qaynar suya bir çay qaşığı əlavə edərək buxarı ilə inqalasiya edilir. Bu yolla da ümumi tənəffüs yollarında və ağ ciyərdə əmələ gələn bir çox xəstəliklərin aradan qaldırılmasında mühüm rol oynayır.
UD HİNDİ zeytun yağı ilə qarışdırılıb 15 gün müddətində saxlanılır, sonra onu süzüb bir az qurudub və məlhəm şəklində  yel, oynaq və bel ağrılarında, həmçinin müxtəlif dəri xəstəliklərində, ekzema və saç tökülməsinin qarşısının alınmasında istifadə olunur.
Həmçinin, dəri xəstəlikləri üçün nəmləndirilərək dəridə problem olan yerlərə qoyulur.
UD HİNDİ üyüdülmüş halda balla qarışdırılaraq və yaxud su ilə  nəmləndirilərək dəri xəstəliklərinin, yanıqların, yaraların, səpkilərin, qoturların və bəzi ləkələrin sağalması üçün lazım olan hissələrin üzərinə qoyulur.
UD HİNDİ üyüdülmüş halda su ilə qarışdırılıb çimilir. Bu istifadə qaydası dəridəki mikrobların, xüsüsi ilə də bükülmə və bişməcə olan yerlərdəki mikrobların dezinfeksiyası üçün istifadə olunur.

İstifadə olunmuş ədəbiyyat :

Buxari, Muslim
«Fəthul Bari» -İbn Həcər
«Zədul Məad» — İbn Qayyim
«Biokrat» –İbn Sina
Və təcrübələrdən əldə olunan məlumatlar.

Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Sad surəsi 27

Qoşul: 👉t.me/RuqyeSunnedir

Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri