Balqabaq yağının faydaları

Tərkibinin qida dəyəri yüksək olduğu üçün balqabaq qədim zamanlardan qida vasitəsi kimi istifadə edilir. Balqabaq dietik və müalicəvi qidalardan hesab edilir. Onu istənilən yaş qurupunda olan adamlara vermək mümkündür. Balqabaqdan müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Əsrlər boyu balqabağın tumundan da müalicə vasitəsi kimi istifadə edilib.


Onu uşaq qidalarına əlavə etməkdə fayda var. Balqabağın həm lətli hissəsi, həm də tumları insan orqanizmi üçün çox faydalıdır. Balqabaq toxumlarının tərkibinin 40%-i yağlardan ibarətdir. İlk dəfə Avstriyada balqabaq tumlarından yağ əldə edilmişdir. Balqabaq yağının qiyməti çox bahadır. Onu yalnız kedra yağı ilə müqayisə etmək olur.30 balqabaqdan 2,5 kq toxum yığmaq olur ki, bunda da az miqdarda yağ əldə etmək deməkdir. 


Ruqye Sunnedir saytı immunitet.az-a istinadən bildirir ki, balqabaq yağının tərkibində olan vitamin və minerallar onun orqanizm üçün faydalı olduğunu sübut edir. O orqanizm tərəfindən asan sorulduğu üçün ondan kulinariyada müxtəlif sahələrdə istifadə edilir. Rafinə edilməmiş balqabaq yağının gözəl ətri olur və bu yağ orqanizm üçün daha faydalı hesab edilir. Rafinə edilməmiş balqabaq yağından salatların, tərəvəz məhsullarının hazırlanmasında istifadə edilir. Avstriyalılar və almanlar balqabaq yağı və alma sirkəsi qarışımını müxtəlif meyvələrin üzərinə əlavə edib yeyirlər. Balqabaq yağından müxtəlif ətlərin marinadlaşdırılmasında (basdırma) istifadə edilir. Balqabaq yağından tərəvəzlərin və ətlərin qızardılması zamanı istifadə etmək olur. Belə ki, bu yağ yüksək temperatura davamlı deyil. Onu çox qızdırdıqda öz keyfiyyətini itirir. Balqabaq yağı kalorili yağlardandır. Onun tərkibində piylərin miqdarı çoxdur. Ondan çoxlu miqdarda istifadə etmək artıq çəkinin əmələ gəlməsinə səbəb olur. 100 qram balqabaq yağında 896 kalori var.


Faydalı tərkibi 

Balqabaq yağının qidalandırıcılıq qabiliyyəti çox yüksəkdir. Ondan ən çox müalicə və profilaktika məqsədilə istifadə edilir. Bu yağın tərkibində vitaminlər, asan sorulan zülallar, mikro və makro elementlər(50-dən çox), insan sağlamlığı üçün lazım olan bioloji aktiv maddələr var. Balqabaq yağının tərkibində yüksək miqdarda F vitanmini və 80%-dən çox yarımdoymuş yağlar var. Yağın tərkibində olan A və E vitamini orqanizmə antioksidant təsir bağışlayır. Onun tərkibində olan minerallar, makro və mikro elementlər həzmin yaxşılaşmasına və orqanizmin mineral ehtiyatının bərpa edilməsinə səbəb olur. Balqabaq yağının tərkibində orqanizm tərəfindən asan sorulan vitamin və minerallar var. Balqabaq yağından istifadə etmək immun sistemin güclənməsinə, orqanizmin müdafiə qüvvəsinin yüksəlməsinə səbəb olur. Balqabaq yağı qanda insulin ifrazının artmasına, qanda şəkərin miqdarının normallaşmasına səbəb olur. Bu yağ sinir, ürək-damar, qan dövranı, sidik ifrazı sisteminin yaxşılaşmasına səbəb olur. Balqabaq yağı qanda fosforun, kalsiumun, dəmirin sintezini nəzarət altında saxlayır. Bu yağ endokrin sistemə də nəzarət edir və hormonların sintezini artırır.


Faydalı və müalicəvi xüsusiyyətləri 

Xalq təbabətində balqabaq yağından öd kisəsi və qaraciyər fəaliyyətinin yaxşılaşması üçün istifadə edilir. Onun tərkibində olan fitonsidlər və bioloji aktiv maddələr öd axınının sürətlənməsinə, qaraciyər strukturunun yaxşılaşmasına səbəb olur. Xolisitit, öd daşı xəstəliyi, öd yollarının diskineziyası, alkoqol və dərmanlar səbəbli qaraciyərin strukturunun pozulmalarında - xroniki hepatitlər zamanı balqabaq yağından istifadə etməyin faydası çoxdur. Qaraciyərin bütün xəstəliklərinin müalicə və profilaktikasında balqabaq yağından istifadə etməkdə fayda var. Balqabaq yağının tərkibində olan bioloji aktiv maddələr orqanizmə yarasağaldıcı, iltihab əleyhinə təsir göstərir. Bu yağ mədə şirəsinin miqdarını normallaşdırır, parazit əleyhinə təsir göstərir. Ezofaqit, qastrit, yara, kolit, qastroduenit, enterekolit, qəbizlik zamanı balqabaq yağı içməkdə fayda var. Balqabaq yağı mədə şirəsinin normallaşmasına səbəb olur. Balqabaq yağını davamlı olaraq içmək damar divarlarının möhkəmlənməsinə səbəb olur. Bu yağ orqanizmə bakteriasid, ödqovucu, təzyiqsalıcı, atereskleroz, işemiya, infarkt əleyhinə təsir göstərir. Bu yağdan istifadə eləmək insult və infarktın əmələgəlmə riskini aradan qaldırır, aritmiyanın normallaşmasına səbəb olur. Balqabaq yağı içmək kişilərdə cinsi orqanın fəaliyyətini artırır, onlarda sidik ifrazı xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Balqabaq yağı kişi sidik sistemi orqanlarına bakteriasid, androgen, şiş əleyhinə, iltihab əleyhinə təsir bağışlayır. Azyaşlı uşaqlara balqabaq yağı vermək onların fiziki və zehni inkişafını sürətləndirir, sümük sistemlərinin yaxşı inkişaf etməsinə səbəb olur. Hamilə qadınların balqabaq yağı içmələrində fayda var. Bu doğulacaq uşaqların normal inkişaf etməsinə və orqanizminin sağlam formalaşmasına səbəb olur. Balqabaq yağı oynaq ağrılarının azalmasına, yuxusuzluğun aradan qalxmasına, nevroloji problemlərin həll olmasına, baş ağrılarının aradan qalxmasına və sinir sisteminin sakitləşməsinə səbəb olur. 


Kosmetologiyada faydası 

Balqabaq yağı bakteriasid, antiseptik, iltihab əleyhinə təsir edir, dəri problemlərini aradan qaldırır. O dəriyə yarasağaldıcı təsir bağışlayır. Uzun müddət dırnaqlara balqabaq yağı sürtmək onların bərkiməsinə səbəb olur. Bu yağ dəriyə qulluq edir, onu yumşaldır, qidalandırır, elastikləşdirir, müdafiə qüvvəsini yüksəldir. Balqabaq yağı dərinin yeniləşməsini sürətləndirir, regenerasiya prosesinin yaxşılaşmasına səbəb olur. O dərinin qocalmasının qarşısını alır, hormonal disbalans zamanı dəridə meydana çıxan problemlərin həll olmasına səbəb olur. Dəridəki iltihabi proseslərin sağalmasında balqabaq yağının rolu böyükdür. Balqabaq yağından dodaq boyalarının, balzamların, şampunların, kremlərin, mazların hazırlanmasında geniş istifadə edilir. 


Balqabaq yağının zərərli xüsusiyyətləri 

Şəkərli diabet xəstələrinə balqabaq yağından istifadə edərkən həkimləri ilə məsləhətləşmələri tövsiyə edilir. Balqabaq yağı bağırsaq möhtəviyyatının yumşalmasına səbəb olur. Ondan çox istifadə etdikdə ishal meydana çıxa bilir. Balqabaq yağı ödqovucu xüsusiyyətə malikdir. Bəzən öd daşlarının hərəkətliliyini artırır, sancılara səbəb ola bilir. Bu səbəbinə görə öd daşı xəstəliklərindən əziyyət çəkənlərə bu yağdan istifadə edərkən diqqətli olmaları məsləhət görülür.

Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Sad surəsi 27

Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri