Ud hindinin faydaları
«Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur». Rəhimli və Mərhəmətli Allahın adı ilə Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra: İnsanı yaradan Allah bilirdi ki, insanda nəfs və tamahkarlıq mal-dövlətə düşgünlük, tənbəllik, tələsmək, pis zənnə qapanmaq, ancaq gördüyünü iqrar edib, görmədiyini inkar etmək kimi xüsusiyyətlər var. İnsanı yaradan Allah bilirdi ki, insan güləcək, həyəcanlanacaq, qorxacaq, ağlayacaq, sevinəcək, xəstələnəcək və s hallarla qarşılaşacaq. Və bu həyatda, bu amilləri doğru düzgün yönləndirmək və bu problemləri doğru düzgün həll etmək üçün, həm Allahın, həm insanların, həm də öz sağlamlığının qarşısında öz insani vəzifəsini yerinə yetirməsi üçün Allahın dininə əməl olunması zəruridir. Bu qısa risaləmiz isə müsəlmanın öz sağlamlığını qoruması üçün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tövsiyə etdiyi şəfa qaynaqlarından biri s...