Şeytanın hiylələri

.İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.  Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.   (əl-Əraf 16-17)
Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (Yusuf 5)
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!   (əl-Kəhf 50)
Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.   (ən-Nəml 24)
Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.   (əl-Ənam 43)
O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!” demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!” demişdi.   (əl-Ənfal 48)
Hidayət yolunu tanıdıqdan sonra haqdan dönüb geriyə üz tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi.   (Muhamməd 25)
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.   (Səba 20-21)
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.   (ən-Nisa 119)
Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.   (ən-Nisa 120)
Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?   (əl-Maidə 91)
Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.   (əl-Mucadilə 19)
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.   (əl-Furqan 29)
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.   (əl-İsra 53)
İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.   (İbrahim 22)
O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!   (Ali-İmran 175)
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (əş-Şüəra 221-222)
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.   (Səba 20)
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.  Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər.   (əl-Əraf 200-201)
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!   Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”   (əl-Muminun 97-98)
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.  (Fussilət 36)
Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.  (əl-İsra 27)
Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.   (əl-Bəqərə 268)
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir.   (ən-Nur 21)
Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.   (əl-Mucadilə 10)
Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: "Kafir ol!"– deyir. İnsan kafir olan kimi: "Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!"– deyir. (Həşr 16)
Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.  (əl-Bəqərə 168)
O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.  (əl-Bəqərə 169)
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (əl-Bəqərə 208)
Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.  (əl-Ənam 142)
İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi olmuş şeytana itaət edir. (əl-Həcc 3)

Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər. (əl-Həcc 4)

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (ən-Nur 21)
Onlara: "Allahın nazil etdiyinə itaət edin!"– deyildikdə, onlar: "Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!"– deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman 21)
Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir. (əz-Zuxruf 62)

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (əl-Əraf 27)

Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar. (əl-Əraf 30)

Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!  (ən-Nəhl  98)
Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur.  (ən-Nəhl  99)

Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir.  (ən-Nəhl  100)

Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir! (əl-Kəhf 50)

O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran 175)
Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et. (əl-Ənam 112)

Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir. (əl-Ənam 142)

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (əl-İsra 53)

Bir zaman mələklərə: "Adəmə səcdə edin!"– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi: "Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!" (əl-İsra 61)

İblis dedi: "Məndən üstün tutduğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun bütün nəslini özümə ram edəcəyəm". (əl-İsra 62)

Allah buyurdu: "Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır.  (əl-İsra 63)

Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (əl-İsra 64)

Belə edər ki, şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.  (əl-Həcc 53)
De: "Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!"  (əl-Muminun 97-98)
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı". Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (əl-Furqan 29)

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. (əz-Zuxruf 36)

Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (əz-Zuxruf 37)

Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: "Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!" (əz-Zuxruf 38)

Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri