Allahın Kəlimələri daha üstündür


Firon və əyanları insanları azdırmaq üçün sehri özlərinə meyar eləmişdilər, insanları sehrlə azdırırdılar, Allahu təala da onun insanları azdırdığı şeyin cinsindən ona peyğəmbər göndərdi ki onu məğlub etsin və Musanın həqiqətən peyğəmbər olduğuna əmin olsunlar,

Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əvvəlcə əlindəkini at, ya da birinci atan biz olaq!”
Musa dedi: “Yox, siz atın!” Sehrbazlar əllərindəkiləri yerə atan kimi sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür.
Musanın ürəyi xoflandı.
Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!
Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”.
Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”
Taha 65-70
Allahu təala bunu elədi və haqq batilin üzərində qələbə çaldı, Firon bu qayda ilə, yəni sehrlə, ətrafına sehrbazları yığmaqla insanların işlərini idarə edə biləcək qüdrətini və o cümlədən insanları özünə qul eləmək yolunu seçmişdi, həm İsrail oğullarını, həm də digərlərini özünə qul etmişdi
Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram... (Qasas 38)
Bu videoda sehrbazlar başqa bir sehrbazı vurmaq istəyirlər, lakin heç nə edə bilmirlər, çünki bu daha güclü sehrbazdır və cinləri digər sehrbazlara mane olur, amma buna baxmayaraq bir ruqyəçi "əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq" zikrini edir və o sehrbaz toplumuna və həmçinin bu biri sehrbaza tüpürür, hamısı yerə sərilir, beləcə Allah öz kəlimələrini tamamlayır, Allahın kəlimələri qarşısında sehr heç bir şeyə bərabərdir

Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri