Tasallut xəstəliyinin müalicəsi
1. Əqidəni tövhid üzərində qurmaq, şirkdən və bidətdən çəkinmək, ocaq, pir, seyid, övliya, imam, gözmuncuğu, üzərlik və bu kimi şeyləri Allaha şərik qoşmaqdan çəkinmək
2. Allaha dua edib yalvarmaq, Ona təvəkkül etmək və Ona sığınmaq
3. İbadətlərdə, xüsusilə də vacib ibadətlərdə intizamlı olmaq
4. Zikirləri etmək, xüsusilə də səhər və axşam zikirlərini, yatarkən və durarkən, ayaqyoluna girərkən və çıxarkən, evə girərkən və çıxarkən, paltar geyinərkən və çıxararkən, yemək yeyərkən və bitirərkən, həyat yoldaşı ilə cinsi əlaqəyə girməmişdən əvvəl edilən dua və zikirləri etmək (ümumiyyətlə bu zikirləri həmişə etmək lazımdır)
5. Haramlardan çəkinmək (haram sözlərdən, əməllərdən,qidalardan və geyimlərdən)
6. Çoxlu sayda tövbə etmək (əstəğfirullah va ətubu ileyhi), çünki bu da bir müsbətdir və müsibətlər də əsasən günahlar səbəbilə gəlir və tövbə və istiğfarla qalxır
7. Sədəqə vermək, çünki sədəqə bəlalara qarşı bir qalxandır, Rasulullah sallallahu aleyhi və səlləm buyurub: "Xəstələrinizi sədəqə ilə tədavi edin. Çünki sədəqə, hər bir xəstəliyi və bəlanı dəf edər" [Beyhaqi]
8. Hər gün 15 saat tasallutun növünə uyğun ruqyə dinləmək
9. Hər gün 5 dəfə məqru' (ruqyə oxunmuş) zeytun,qərənfil və qara zirə yağını qarışdırıb bədənin hər yerini yağlamaq (övrət yerinə də sürtmək lazımdır)
10. Hər vacib namazdan sonra, yəni gündə 5 dəfə çay qaşığının 4 də 1 i miqdarında quru halda ud hindi qəbul etmək və gündə 2 dəfə buruna ud hindi çəkmək
11. Gündə 3 dəfə 1 çay qaşığı qara zirə toxumu yemək
12. Misklə ətirlənmək
13. Hər namazdan əvvəl misvaklanmaq
14. Saça, saqqala və bədənin ağrıyan yerlərinə xına çəkmək
15. Hər səhər ac qarına məqru' ballı su içmək
16. Hər gün 7 ədəd əcva xurması yemək
17. Hər gün məqru' zəmzəm suyu içmək (şəfa niyyətilə)
18. Susuzladıqda yalnız məqru' su içmək
19. Yeməkləri məqru' yağ ilə bişirmək
20. 7 ədəd döyülmüş sidr yarpağını məqru' suya qarışdırıb çimmək (bu prosesi 7 gün dalbadal etmək)
21. Qara zirə yağı ilə bədəni masaj etmək
22. Tasallutun növünə aid olan nöqtələrdən hicama etmək
23. Soyuq yağış suyu ilə çimmək
24. Hər gün məqru' inək südü içmək
25. Dəvənin südüylə sidiyini qarışdırıb ruqyə oxuyub içmək
26. Hər gün evdə ud hindi tüstülətmək
Mən burada müalicəni kamil formada yazmışam, ola bilsin dərmanların hamısını tapmaq xəstənin imkanı xaricində olsun, heç olmasa tapması mümkün olan dərmanları tapıb istifadə etməsi lazımdır, onlarla da şəfa tapmaq mümkündür İnşəAllah
