Falçılar insanları necə aldadırlar?
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Ənsardan olan səhabələrindən biri mənə xəbər verdi ki, bir gecə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə otururkən axan ulduz düşdü və ətrafı aydınlaşdırdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlara buyurdu: «Cahiliyyə dövründə bunun kimi bir ulduz düşdükdə nə deyirdiniz?». Onlar: «Allah və Rəsulu ən gözəl biləndir. Bizlər bu gecə böyük bir kimsə doğuldu və böyük bir kimsə öldü
deyirdik» dedilər. Peyğəmbər: «Şübhəsiz ki, bu ulduz heç kəsin ölümü və həyatı üçün atılmaz. Lakin uca və böyük olan Rəbbimiz bir işi hökm etdiyi zaman HAMALƏTUL ARŞ (ərşi daşıyan mələklər) təsbih edərlər. Sonra onların ardıyca səma əhli təsbih edər. Nəhayət bu təsbih səma və dünya əhlinə çatır. Ərşi daşıyan mələklərdən sonra gələn mələklər onlara: «Rabbimiz nə buyurdu?» deyə soruşarlar. Onlar da Rəbblərinin buyurduğunu xəbər verərlər. Beləcə səmalar əhalisinin bir qismi digərindən xəbər istər. Beləcə xəbər dünya səmasına çatır. Bu an cinlər oğrun-oğrun qulaq asaraq bu sözləri oğurlayaraq dostlarına (sehrbazlara, falçılara) çatdırarlar və axan ulduzlarla (mələklər) onları vurarlar. Gətirdikləri (oğurladıqları) şey sabitdir. Lakin onlar bunun üzərinə yalan qarışdırırlar. «Onun hüzurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz. Nəhayət ürəklərindən o, müdhiş qorxu çıxınca onlar: Rəbbimiz nə buyurdu? – deyə soruşar və o birilər də: Haqqı buyurdu! O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür – deyə vcavab verərlər». (əs-Səba 23) . «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik. Onları hər bir məlun şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz təqib edə (və üstünə düşüb yandırar)». (əl-Hicr 16-18)
Müslim 2224.