Sual-Cavab 1

Sual: Hər hansı bir şəxsə icazəlidirmi sehr səbəbilə çəkdiyi əziyyətlər və ağrılardan dolayı özünü intihar eləsin? Sehr olunmuş adama musallat olan cinlərin onunla cinsi əlaqəyə girməsində xəstəyə günah və zina hökmü yazılırmı? Dəhşətli əziyyət səbəbilə, məsələn, qadının uşaqlığından dayanmadan qan axarsa və cinlər sehr olunmuş adamla evlənərlərsə və ona əziyyət verərlərsə o zaman sehri sehrlə batil etmək icazəlidirmi? Camaat şəklində ruqyə etmək bidətdirmi, bir şeyi qeyd etmək istəyirəm ki mən özüm özümə şiddətli ağrılara görə ruqyə edə bilmirəm deyə çox sıxıntılı anlarda
xəstə qadınlarla bərabər toplum ruqyə olan yerlərə gedirəm və bu bidətdirmi? Həmçinin kağızın üzərinə zəfəran ilə sehr ayətləri yazıb sonra üzərinə su töküb içmək olarmı?

Cavab : Müsəlman əgər bütün bu şeylərə səbr edərsə böyük bir mükafata nail olacaq və şəkk yoxdur ki sehrbazlar şeytanlara ibadət edirlər və cinləri özlərinə ram edirlər və cinləri insanlara musallat edirlər, insan isə bu dəhşətli mübarizəyə müqavimət göstərə bilmir, yalnız və yalnız Allah subhənəhu va təalanin zikrinə davamiyyətli şəkildə riayət etməklə, Quran oxumaqla müqavimət göstərmək olar və həmçinin sehri sehrlə batil etmək barədə Abdurrahman ibni Həsən fəthul-Məciddə, ibni Qeyyim vabilus-sayyibdə axırıncı səhifələrdə nuşra (sehri sehrlə batil etmək) barədə xususi bir xarakterizə ediblər, sələflər sehri sehrlə batil etməyi caiz görməyib, yalnız sünnədə gələn şeylərlə bunu etmək lazımdır, o ki qaldı intihara, bu barədə şəriətdə şiddətli təhdid gəlib (ona görə də belə bir şey etmək olmaz), o ki qaldı cinlərlə cinsi əlaqəyə girmək, bunlar hamısı insan üçün üzrdür, çünki insan buna məcburi məruz qalır, buna görə insana günah yazılmır, sehri isə sehrlə batil etmək qətiyyən olmaz, çünki sehrbaz kafirdir, hədisdə də gəlmişdir ki: "Sehrbazın cəzası boynunun qılıncla vurulmasıdır", sehri sehrlə batil etməyi caiz görənlər isə bu onların şəxsi ictihadı olub, hər bir müctəhidin öz nəsibi var, o ki qaldı cəm şəkildə ruqyə etməyə, bu caizdir, lakin bunu adətə çevirmək və yaxud bunun əcr baxımından daha üstün olduğunu demək bidətdir, o ki qaldı zəfəranla kağız üzərində sehr ayətlərini yazıb sonra üzərinə su töküb içmək, əgər yalnız ayətlərdirsə və başqa bir şey yoxdursa bunun heç bir zərəri yoxdur, bunu bəzi səhabələr və imamlar mübah görüblər və buna heç bir maneə yoxdur, ola bilsin ki onda da şifa olsun Allahın iznilə, dəqiqin Allah bilir.

Şeyx Abdullah ibn Abdurrahman ibn Cibrin rahiməhullah

Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri