Ulduzlar nə üçün yaradılıb
Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
Hicr 16-18
Peyğəmbər sallallahu aleyhi va səlləm buyurmuşdur:”Allah bu ulduzları üç şey üçün yaratmışdır: Onları göyün bəzəyi etdi, şeytanlara atılacaq daşlar etdi, yolları təyin etmək üçün işarət etdi. Kim ulduzlar haqqında bunlardan başqa yorumlar etməyə qalxarsa xəta edər və nəsibini itirər, özünü əlaqələndirməyən və bilgisi olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz düşdükləri bir xüsusda özünü əziyyətə salar.” Kutub-i Sittə (Hədis No : 5759)
Peyğəmbər sallallahu aleyhi va səlləm buyurmuşdur:
-“Axır zamanda fala (bürclərin təsirinə) inanıb, qədəri inkar edənlər çıxacaqdır ” (Tirmizi)
