Allahın izni ilə Cadunu açmağın yolu



Şeyx Əbdüləziz bin Bəzz

Sual verən:
Bir alimdən eşitmişəm ki, cadu edildiyini düşünən adam sidr ağacının yeddi ədəd yarpağını götürüb bir qabda suya qoyur və muəvvizat (İxlas, Fələq, Nas), Ayətəl Kursi, Qul yə əyyuhəl kəfirun, va mə unzilə aləl mələkəyni bibəbilə harutə və marut və Fatihə surəsini oxumağı tövsiyə edib.

Bu nə dərəcədə doğrudur? Cadu edildiyini düşünən adam nə etməlidir? Bu haqda bizə məlumat verərdiniz, Allah sizdən razı olsun.

Şeyx Əbdüləziz bin Bəzz:
Həmd olsun Allaha, rəsulullaha, onun ailəsinə, əshabələrinə və onun yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun.

Heç şübhə yoxdur ki, cadu həqiqətdir və bu Allahın izni ilə təsiredici bir şeydir.

Uca Allah cadugərlər haqqında belə buyurmuşdur: “Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.” (əl-Bəqərə: 102)

Cadunun təsiri vardır, lakin bu Allahın izni ilə baş verir. Ümumiyyətlə həyatda nə baş verirsə, Allahın qəza-qədəri ilə baş verir.

Lakin bu cadunun müalicəsi də vardır. Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) də cadu edilmişdi, lakin Allah təalə ona şəfa verdi və cadunun şərrindən onu qorudu. Cadugərin etdiyi cadunu tapıb məhv etdilər. Beləliklə Allah Peyğəmbərini cadudan xilas etdi.

Əgər cadugərin etdiyi cadu tapılarsa, istərsə düyünlənmiş ip, yaxud müxtəlif qarışıq şeylər tapılarsa bunları tələf etmək lazımdır. Çünki cadugərlər düyünlərə üfürürlər. Onlar çirkin məqsədləri üçün düyün vurur və düyünlərə üfürürlər. Onların bu çirkin məqsədi Allahın icazəsi ilə həyata keçə, yaxud puç ola bilər. Uca və nöqsansız Rəbbimiz hər şeyə qadirdir.

Cadunu Quran oxumaqla açmaq lazımdır. Cadu olunan adam özü də oxuya bilər, yaxud kimsə onun üçün oxuyar və onun sinəsinə, ya da hansısa əzasına üfürər.

Onun üçün Fatihə surəsini, Ayətəl Kursini, Qul huvəllahu əhəd, Qul əuzu birabbil fələq, Qul əuzu birabbin nəs, Əraf, Yunus və Taha surələrindəki caduya qarşı məlum ayələri (ərəbcə) oxusun.

:
☄☄☄☄☄☄☄ السلام عليكم و رحمة الله وبركاته ☄☄☄☄☄☄☄

Həmd olsun Allaha aləmlərin rəbbinə, salam və salavat olsun peyğəmbərimiz Muhammədə (sallalahu aleyhi ve səlləm).

Daha sonra : toxunacağımız mövzu olduqca önəmli, barəsində danışması və müalicəsi vacib olan mövzudur. Xüsusən də indiki zamanda, sehrbazların, baxıcıların artdığı dönəmdə. Və məlumdur ki, bunlar dünlayarını axirətə satın alıblar.


Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri