Həyat yoldaşı ilə cinsi əlaqəyə girməmişdən əvvəl edilən dua
[Bismilləh. Allahummə cənnibnəş-şeytanə, və cənnibiş-şeytanə mə razəqtənə]
«Allahın adı ilə! Allahım! Bizi şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyin şeydən uzaqlaşdır!»
əl-Buxari, 6/141; Muslim, 2/1028.
Bu duada səhlənkarlıq etmək olmaz dəyərli müsəlmanlar, çünki bu duanı etməmiş əlaqəyə girdikdə, şeytan da kişiylə bərabər işə qarışır və dünyaya gələn övladda şeytandan bir pay olur, şeytan onu daha tez və asan öz hakimiyyəti altına ala bilir (Allahın rəhm etməsi istisna, necə ki bizə rəhm edib hidayət vermişdir), Allahu təala Qurani kərimdə İsra surəsinin 64 cü ayəsində buyurur :
"Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər".
İbn Kəsir bu ayətdə "və övladlarına şərik ol" sözünün təfsirində Buxaridə gələn bu hədisi zikr edir:
Sizdən biriniz ailəsinə yaxınlaşmaq istədiyi zaman; Allahın adıyla, Allahım, bizi şeytandan uzaqlaşdır. Şeytanı da bizə verdiyin övladdan uzaqlaşdır deyərsə, əgər bu sırada onun üçün bir övlad təqdir edilmişsə, şeytan o uşağa əbədiyyən zərər verə bilməz
