Gözdəymə, Paxıllıq (həsəd), Məss (cinvurma) və sehrin əlamətləri
Bu əlamətlər olduqca çoxdur, biz ən əsaslarını qeyd edəcəyik.
1. Çox sevdiyi bir şeyə qəfil nifrətin oyanması,
2. Bədəndə heç bir tibbi səbəb olmadan, çox saylı xəstəliklərin yaranması,
3. Qəlbində sıxıntı və narahatçılıq hissinin yaranması, xüsusən də əsr və məğrib namazlarından sonra.
4. Fiziki işi sevməmək, müsəlman toplumuna və həmçinin tədrisə nifrət edərək tənhalığı sevmək.
5. Xəyalında əslən etmədiyi şeyləri etmiş kimi zənn etmək.
6. İnsanın üzünün solğun, təbii rənginin qaçmış və sarımtıl forma alması. Və bədənin bəzi hissələrinin heç bir səbəb olmadan göyərməsi.
7. Davamiyyətli şəkildə baş ağrı və qızdırmanın qəfil yaranması.
8. Ərlə arvad arasında ən boş şeylərə görə böyük mübahisələrin və nifrətin yaranması. O cümlədən ailənin digər üzvləri arasında da belə halların baş verməsi, subaydırsa gələn elçilərə heç bir səbəb olmadan yox deməsi, ona elçi gəldikdə başda ağrıların və aqressiyanın yaranması
9. Tənbəllik və halsızlığın hökm sürərək insanın yeməyə olan iştahının tam qalxması və ya həddini aşması.
10. Yeriyərkən müvazinəti saxlaya bilməməsi.
11. Qulaqlara daima hər hansı bir səsin gəlməsi.
12. Qadına gəlincə uşaqlıqda heç bir səbəb olmadan dəhşətli ağrıların və qanaxmanın yaranması, o cümlədən heyzin uzun müddət kəsilməsi, və ya istəhazənin (qanaxma) tez-tez təkrarlanması.
13. Cüzi bir şeyə görə dəhşət qəzəblənmək.
14. Yatmağa böyük həvəsin olması və dərin yuxuya getməkdə əziyyət çəkmək.
15. Telefonda həmin adamın adı ilə çağırılması, lakin zəng yerinin müəyyənləşdirilə bilməməsi.
16. Kürək və beldə yerini dəyişən dəhşətli ağrıların əmələ gəlməsi.
17. Bədəndə çoxsaylı qaşıntıların əmələ gəlməsi, o cümlədən müəyyən nahiyələrin şişməsi və çoxsaylı sızanaqların əmələ gəlməsi.
18. İshalın tez-tez baş verməsi və ya qarında külli miqdarda qazın əmələ gəlməsi və ya qəbizliyin hökm sürməsi, o cümlədən mədədə yanğı hissinin olması.
19. Bir şeyə baxanda gözün sola və ya sağa tez-tez meyl etməsi.
20. Dəhşətli qorxuların meydana çıxması.
21. Vəsvəsələrin ifadə edilə bilməyəcək dərəcədə çoxalması. İstər dəstəmazda, istər namazda, istərsə də digər şeylərdə.
22. Zehndə fikirlərin davamiyyətli şəkildə dağınıq olması, çoxlu unutqanlığın meydana gəlməsi.
23. Allahı zikr etmək və itaət olan əməllərdən qaçmaq.
24. Bədəndən gələn tərin qeyri adi və ya hədsiz xoşagəlməz qoxuda olması.
25. İnsanın burnuna hər hansı bir yerə girərkən, üfunət iyinin gəlməsi, halbuki onun yanında olan adamların bunu hiss etməməsi.
26. Bədənin çoxlu tərləməsi və kiçik ayaqyouna getməyin artması.
27. Təzə evlənərkən, cinsi yaxınlığa olduqca həvəssiz yanaşmaq, istər qadın istər kişi.
28. Yuxularda davamiyyətli şəkildə dəhşətli heyvanlar görmək, məsələn: qara ilan, it və pişiklər və ya qəbristanlıq, zibilxana və yaxud da hündür bir yerdən qəfil yıxılmaq və yaxud da dənizdə batmaq kimi yuxular.
29. Yuxuda tez-tez uzun uzadı gəzmək və qəfil yuxudan qorxmuş halda oyanmaq.
30. Çoxlu zina (erotik) yuxular görmək
31. Böyük ehtimalla alınacaq olan işlərin heç birinin alınmaması, iş üçün müraciət etdikdə ya birbaşa yox cavabının gəlməsi, ya da razılıqdan sonra işə başlamağa az qalmış işin alınmaması və ya təxirə salınması xəbərləri və buna oxşar hadisələrin baş verməsi və bu halın davamiyyətli şəkildə baş verməsi (əsasən bu növ sehri 4 yolda basdırırlar)
Qeyd: İnsanda bu hallardan biri də ola bilər, bir neçəsi də, xüsusən bədən üzvlərində olan ağrı və ya əsəb xəstəlikləri üçün ən birinci həkimdə müayinə olunmaq lazımdır, əgər heç bir xəstəliyin olmadığı diaqnozu qoyulsa, o zaman ruqyə üçün müraciət etmək olar.
Bu kimi adamlara ruqyə edərkən aşağıdakı əlamətlərin baş verməsi

1. Huşunu itirmək.
2. Qışqıraraq gülmək və ya ağlamaq.
3. Ürəyinin sıxılması, gözlərin sürətlə sağa və sola hərəkət etməsi, qarında dəhşət ağrıların və şişin tez-tez yerini dəyişməsi.
4. Qəribə səslər çıxardaraq, ruqyə oxuyan adama nifrət etmək.
5. Dəhşətli yuxu və mürgünün əmələ gəlməsi.
6. Qusmaq və davamiyyətli şəkildə gəyirmək hissi keçirmək.
7. Bədən ətraflarının keyiməsi və ağrıların hökm sürməsi.
8. Bədəndə əsmələrin əmələ gəlməsi
9. Çoxlu sayda bəlğəmin yaranması.
10. Göz yaşlarının və burun suyunun axması.
11. Davamiyyətli şəkildə əsnəmək və dərin nəfəs almaq.
12. Bədənin bel və digər hissələrində qarışqa gəzirmiş kimi hissin olması.
13. Bədənin haldan düşərək keyiməsi.
14. Ağızdan pis qoxunun gəlməsi.
15. Ürəyin tez-tez döyünərək zəifləməsi.
16. Ruqyə ayətləri oxunan suyu içərkən acılıq və ya turş dad hiss etmək.
Bunlardan yaxa qurtarmaq üçün Peyğəmbər sallallahu aleyhi va səlləmin sünnəsində gələn ruqyə şərii ovsunlar oxumaq və digər müalicə növlərini etmək gərəkdir. Qeyd edək ki, müalicə iki qismdir:
1. Ruhi, mənəvi müalicə (quran ayətləri, şərii dua və ovsunlar).
2. Hissi, təcrübəvi müalicə (balla, hicama ilə, zeytun yağı, qara zirə yağı ilə, ud hindi və digər səhih sünnədə sabit olan müalicə üslullarından istifadə etmək lazımdır