Cinlərdən qorunmaq üçün bunlardan hər kəsi agah edin



Bu yazını bacardıqca tanıdığınız kimsələrə göndərin ki, evdəki bərəkətsizliyin və xəstəliklərin bəzi səbəblərini bilsinlər və bunlardan bacardıqca uzaq durmağa çalışsınlar. Evinizdə zıbilləri yığıb saxlamayın. Zibil yığılıb qalan evdə bərəkət olmur. Alçaq enerjili varlıqlar o zibillər ilə qidalanırlar. Xüsusən hamilə qadınlar zibil çöpləri olan yerlərdən uzaq dursunlar.
Peyğəmbərimiz (salallahu aleyhi vəsəlləm) buyurur; “Müsəlmançılıq təmizdir. Siz də təmiz olun, təmizlənin. Çünki Cənnətə təmizlər girər.” (Əhməd Ziyauddin, Ramuz əl-Hadis 1-ci cild)

Yatdığınız yerləri, paltarlarınızı səliqəli saxlayın. Peyğəmbərimiz də bu mövzu üzərində bir çox tövsiyələr eləmişdir. Alçaq enerjili varlıqlar dağınıq olan yerlərdə daha çox olurlar. Peyğəmbərimiz (
salallahu aleyhi vəsəlləm.) bir hədisində belə buyurmaqdadır;

“Paltarlarınızı (çıxardığınız zaman onları gözəl bir şəkildə) qatlayın.Çünki şeytan qatlanmış olan bir paltarı geyinə bilməz. Ancaq qatlanmamış, dağınıq bir paltarı gördüyü zaman o paltarın içinə girər.” (əl-Mucəmul-Əvsat)

Hamamda ikən tualet ehtiyacınızı görməyin. Hamamın Qüsl alınan bir yer olduğunu unutmayın. Yaddaşınız zəifləyib, dəli olma təhlükəsi vardır.


Peyğəmbərimiz (
salallahu aleyhi vəsəlləm) buyurur;“Sizdən biriniz hamamda ikən tualet ehtiyacını orda görməsin. Sonra bu idrar elədiyi yerdən dəstamaz almasın. Vəsvəsənin çoxu bundan irəli gəlməkdədir.” (Tirmizi)

Övladlarnızı hər önünüzə gələn şəxsin öpməsinə icazə verməyin. Çünki qarşı tərəfin ruhaniyyətinin (xasiyyətinin) uşağa keçmək ehtimalı vardır. Bu mövzu çox əhəmiyyətlidir. Uşaqlarınızı bacardıqca qucağınızda çox gəzdirməyə çalışın. Belə olduqda uşaq sizin auranızla bəslənmiş olur. Bacardıqca uşaqların yanında şəfa və nəzər ayətləri oxuyun.

Yeməklərinizin və boşqablarınızın üstünü açıq qoymayın. "Bismillah" demədən yemək bişirmək yaxşı şey deyildir. Bismillahsız bişirilən yeməklərin iyindən qidalanan varlıqlar olduğunu unutmayın.

“Gecə yatarkən, su və yemək qablarını açıq saxlamayın. Əgər onları örtəcək bir şey yoxdursa, Bismillah deyərək üzərlərinə bir çubuq qoyun.” (Müslim)

“Gecə qabların ağzını örtün. Başqabların da üstlərini örtün vəya tərs üzün çevirin” (Buxari)

Bu blogdaki popüler yayınlar

Cadu və sehrin əlamətləri

Gözdəymənin bəzi əlamətləri