Yağış yağarkən əməl olunası dörd sünnət
Birinci sünnət:
Birinci yağmağa başlayan kimi yəni ilk anında bu duanı edirsən.
اللهم صيبا نافعا
"Allahummə sayyibən nəfian".
Allahım bu yağışı bizim üçün faydalı et.
Dəlil:
Aişə anamız رضي الله عنها rəvayət edir ki:
Allahın rasulu ﷺ yağışı ilk gördüyündə belə deyərdi:
اللهم صيبا نافعا
"Allahummə sayyibən nəfian".
(Buxari rəvayət etmişdi).
İkinci Sünnət
Yağış yağarkən yağışın altında dayanaraq bədənindən bir qismini açırsan ki, yağış bədəninə dəysin. Bunu bərəkət əldə etmək ümidi ilə edirsən.
Dəlil:
Ənəs ibn Malik رضي الله عنه rəvayət edir ki:
Bir dəfə biz Allah rasulu ﷺ ilə bərabər olanda yağışa düşdük. Allah rasulu ﷺ paltarını biraz açdı ki, bədəninə yağış dəysin.
Biz ona dedik:
Ey Allahın rasulu niyə belə etdin?
O isə belə dedi:
Çünki rəbbi onu (yəni yağış damlasını) təzə düzəldib.
(Muslim).
İmam Nəvəvi رحمه الله şərh verərək buyurur ki:
Yəni rəbbi onu (yağış damlasını) təzə formaya salıb.
Onunla təbərruk olunur.
Üçüncü Sünnət
Yağış yağarkən uca Allaha dua edirsən və ondan dünya və axirətin üçün xeyirləri istəyirsən. Çünki, o an Allahın rəhməti endiyinə görə duaların qəbul olma vaxtıdır.
Dəlil:
Iki şey rədd olunmaz. Nidadan (azandan sonra) sonra olunan dua .
Birdə yağışın altında olunan dua.
(Səhih Cami).
Dördüncü Sünnət
Yağış yağıb qurtardıqdan sonra bu duanı edirsən.
مطرنا بفضل الله و رحمته
Mataranə bi fadlilləhi və rahmətihi.
Allahın lütfi və rəhməti ilə bizə yağış yağdı.